Rusiya vurulan təyyarənin intiqamını Türkiyədən belə alır

Rusiya vurulan təyyarənin intiqamını Türkiyədən belə alır
İqtisadiyyat 1227

 

Rusiya Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına nəzarəti gücləndirəcək.

BAKU.WS-in məlumatına görə, Rusiya Federasiyası Rosselxoznadzora Türkiyədən kənd təsərrüfatı məhsullarının Rusiyanın sərhədində əlavə yoxlamaları təşkil etməyi tapşırıb.

Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Aleksandr Tkaçovun sözlərinə görə, Rusiya dəfələrlə türk istehsalçıları tərəfindən normaların pozuntusu nəzərə alaraq gücləndirilmiş iş rejiminə keçib. Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi vəziyyəti təhlil edib və bu barədə Rusiya Federasiyasının hökumətinə məlumat verib:

"Təəssüf ki, Türkiyədən idxal olunan kənd təsərrüfatı məhsullarının orta hesabla 15%-i Rusiya standartlarına uyğun deyil. 2015-ci ilin əvvəlindən bu yana 40-dan çox mənşəyi məlum olmayan, qadağan edilmiş və tərkibində zərərli maddələr olduğu müəyyən edilmiş ət məhsulları aşkarlanıb. Hazırda 2 türk şirkətinin məhsulları ciddi olaraq yoxlanılır. 6 şirkətin məhsullarına isə artıq müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Meyvə-tərəvəz məhsullarında dastandertlara uyğun olmayan maddələr aşkarlanıb", — deyə Tkaçov bildirib.

Xatırladaq ki, iki gün öncə Türkiyə F-16-ı hava məkanını pozan Rusiya SU-24 hərbi təyyarəsini vurub. Bu hadisədən sonra Rusiya-Türkiyə arasında münasibətlər gərginləşib.

Şahin Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər