Telekanal səhvən Rusiyanın ən böyük hərbi sirrini yayımladı (VİDEO)

Telekanal səhvən Rusiyanın ən böyük hərbi sirrini yayımladı (VİDEO)
Video
Hadisə 1762

 

Rusiya prezidenti Vladimir Putinin Soçidə yüksək rütbəli hərbiçilərlə birgə keçirdiyi iclasda hərbi sirr faş olunub. 

BAKU.WS-in məlumatına görə, toplantı zamanı TV kanalları mətbuatdan gizli saxlanılan Rusiya istehsalı yeni sualtı nüvə sistemi "Status-6" haqqında məlumatların yer aldığı bəzi sənədləri görüntüləyib. 

TV kanallarının istəmədən yol verdiyi bu nöqsan Rusiyada böyük səs-küyə səbəb olub. Kremlin sözçüsü Dmitri Peskov "Status-6" haqqındakı sənədlərin bilərək göstərilmədiyini vurğulayıb:

"Bəzi gizli məlumatların kameralara əks olunduğu doğrudur. Amma sonra bütün görüntülər silindi. Ümid edirik ki, bu, bir daha təkrarlanmaz. Bunun qarşısını almaq üçün lazım olan hər tədbiri görəcəyik", - deyə Peskov bildirib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Putin: "Rusiya müharibəyə tam hazırdı"

Putin: "Rusiya müharibəyə tam hazırdı"

Rusiya prezidenti Vladimir Putin Suriyada keçirilən əməliyyatların ordunun döyüşə hazırlıq səviyyəsini yüksəltdiyini bildirib. BAKU.WS-in məlumatına görə, ölk...

1790 Siyasət 12:27 10 noyabr 2015

Son xəbərlər