Putin: "Rusiya müharibəyə tam hazırdı"
Rusiya prezidenti Vladimir Putin Suriyada keçirilən əməliyyatların ordunun döyüşə hazırlıq səviyyəsini yüksəltdiyini bildirib.
BAKU.WS-in məlumatına görə, ölkənin müdafiə problemlərinin müzakirə edildiyi yığıncaqda danışan Rusiya prezidenti terrora qarşı mübarizənin Suriya rəhbərliyinin tələbi və xahişiylə reallaşdırıldığını vurğulayıb:
"Suriyadakı əməliyyatlar müharibəyə hazırlığımızın yüksək səviyyədə olduğunu sübut etdi. Rusiyanın müdafiə sahəsindəki cəhdləri uğurlu şəkildə həyata keçir. Ordu yeni raket sistemləri, nüvə və sualtı qayıqlarla təchiz edilib".
Xatırladaq ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bombardmançılar oktyabr ayının sonunda Suriyaya göndərilib. İŞİD terror təşkilatının Suriyadakı obyektlərini vuran bombardmançılar yüzlərlə silah anbarını, gizli obyektləri və hərbi texnikanı məhv edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Rusiya bombaladı, İŞİD terrorçuları qaçdı (VİDEO)
Rusiya Federasiyası Müdafiə Nazirliyi Suriyanın Latakiya əyalətindəki hava hücumlarının görüntülərini yayımlayıb. BAKU.WS-in məlumatına görə, RF Hərbi Hava Qü...