Timatidən Putinə ad günü hədiyyəsi (VİDEO)

Timatidən Putinə ad günü hədiyyəsi (VİDEO)
Video
Sosial 1437
 

Rusiyanın tanınmış rep ifaçısı Timati RF prezidenti Vladimir Putinlə bağlı klip çəkib.

BAKU.WS-in məlumatına görə, Rusiya liderinin ad gününə "Ən yaxşı dost" adlı yeni musiqi kompozisiyasını təqdim edən reper bu addımla böyük səs-küyə səbəb olub. 

Artıq Timatinin rəsmi Youtube kanalında videonu 110 mindən çox insan izləyib. Bəzi insanlar videonu yersiz adlandırsa da Timatini bu addımına görə alqışlayanların sayı da az deyil.

Qeyd edək ki, Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин), 1952-ci ilin bu günündə Leninqradda dünyaya gəlib. O, Rusiyanın dövlət və siyasi xadimi, Rusiya Federasiyasının Prezidenti (2000-2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999-2000; 2008-2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Federal Təhlükəsizlik xidmətinin direktoru (1998-1999-ci illərdə) vəzifələrində çalışıb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanlı milyarderin Putinlə arası dəydi, ziyana düşdü

Azərbaycanlı milyarderin Putinlə arası dəydi, ziyana düşdü

Azərbaycanlı milyarder Mübariz Mənsimovla bağlı yeni iddia ortaya atılıb. BAKU.WS-in məlumatına görə, məşhur iş adamı qazandığı tenderin tələb olunan vəsaitin...

2491 İqtisadiyyat 14:29 06 oktyabr 2015

Son xəbərlər