Türkiyə vurulan hərbi təyyarəyə görə Rusiyaya başsağlığı verdi
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə sərhəddində vurulan hərbi təyyarənin vurulması ilə bağlı iddia ortaya atıb.
BAKU.WS-in məlumatına görə, Lavrov təyyarənin vurulmasının əvvəlcədən planlaşdırılmış təxribat olduğunu bildirib. Rusiya XİN rəhbəri təyyarənin vurulmasından sonra Türkiyə ilə olan əlaqələri ciddi şəkildə nəzərdən keçirəcəklərini vurğulayıb.
"Türkiyə xarici işlər naziri Çavuşoğlu ilə telefonla danışdım. Türkiyə xarici işlər naziri mənə türk hava məkanını pozan təyyarənin hansı ölkəyə məxsus olduğunu bilmədiklərini söylədi. Rus təyyarəsinin vurulması planlanmış bir təxribata bənzəyir. Rus təyyarəsinin vurulduğu yalnız döyüşçülər deyil, terrorçuların bazaları da var. Moskva Ankaranı Suriyada daha balanslı bir siyasət izləməyə və Əsədin devirməyə istiqamətlənməməsinə razı salmağa çalışdı. NATO-nun baş katibinin Türkiyənin təyyərimizi vurmasından sonra verdiyi açıqlama NATO-ya üzv ölkələrin fikrini əks etdirmir", - deyə S.Lavrov bildirib.
Lavrov əlavə edib ki, Rusiya vətəndaşlarına Türkiyəyə getməmələri ilə bağlı edilən tövsiyə intiqam almaq məqsədi ilə edilməyib. Rusiya XİN rəhbəri bu tövsiyənin obyektiv səbəblərə söykəndiyini bildirib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Rus təyyarəsinin vurulduğu zonadan heç yerdə görmədiyiniz kadrlar (VİDEO)
Rusiya mətbuatında Türkiyə F-16-ları təfindən vurulan rus təyyarəsinin yeni eksklüziv kadrları yayılıb. BAKU.WS-in məlumatına görə, ANNA news agentliyinin çək...