Ərdoğandan Putinə sərt ismarış: "Bir-birimizi aldatmayaq" (VİDEO)

Ərdoğandan Putinə sərt ismarış: Bir-birimizi aldatmayaq (VİDEO)
Video
Siyasət 3386

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hava məkanını pozan Rusiya hərbi təyyarəsinin vurulması məsələsinə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, Türkiyə prezidenti Suriyada bu günə qədər dəhşətli hadisələrin yaşanmasının səbəbinin Türkiyənin soyuqqanlı mövqeyindən qaynaqlandığına diqqət çəkib. Ərdoğan bu son hadisənin qarşısını almaq üçün əlindən gələni edəcəklərini vurğulayıb:

"Türkiyənin öz sərhədlərini müdafiə etmək hüququna da hər kəs hörmət göstərməlidir. Türkiyə Cerablusdan Aralıq dənizinə qədər uzanan xətti terror təşkilatlarından təmizləmək niyyətindədir. Bayırbucak türkmənlərinin olduğu bölgə İŞİD terror təşkilatının olduğu bölgə deyil, bir-birimizi aldatmayaq. Orada yalnız Bayırbucak türkmənləri var, soydaşlarımız var, qohumlarımız var", - deyə prezident Ərdoğan əlavə edib.

Ərdoğan Bayırbucak türkmənlərinin yalnız torpaqlarını müdafiə etdiyini söyləyib. Türkiyə prezidenti bildirib ki, türkmənlər ölkəmizə olan yaxın qohumluq əlaqələri səbəbiylə bizim üçün ayrı bir əhəmiyyətə malikdir: "Əsəd rejimi və onu dəstəkləyən ölkələrin Bayırbucak türkmenlerini hədəf alan hücumlarının gerisindəki məqsədini çox yaxşı bilirik. İŞİD-in heç bir izi olmadığı bu bölgədəki hücumlar birbaşa Əsəd rejimini ayaqda tutmaq məqsədi daşıyır. Qardaşlarımıza dəstək ola bilmək üçün hər cür imkanı səfərbər edirik", - deyə Ərdoğan qeyd edib. 

Prezident Ərdoğan dünən səhər saatlarında vurulan hərbi təyyarənin bütün xəbərdarlıqlara baxmayaraq hava məkanını pozduğunu söyləyib: "Hərbi təyyarələrə hava məkanı pozulduğu üçün qaydalara uyğun olaraq müdaxilə edilib. Təyyarənin 5 dəqiqə ərzində 10 dəfə xəbərdar edilməsinə baxmayaraq hava məkanımıza girən hərbi təyyarə inadını davam etdirib və cavabını alıb".

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər