Ərdoğan: "Rusiya Türkiyə kimi bir dostunu itirərsə, çox şey itirər"

Ərdoğan: Rusiya Türkiyə kimi bir dostunu itirərsə, çox şey itirər
Siyasət 1256
 

"Rusiya Türkiyə kimi bir dostunu da itirsə çox şey itirər".

BAKU.WS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belçika baş naziri Çarles Mişel ilə birgə təşkil etdiyi mətbuat konfransında söyləyib. Ərdoğan Rusiyanın Türkiyə hava məkanını pozması faktını qiymətləndirib.

"Türkiyəyə edilən hücum NATO-ya edilmiş hücumdur. Bunun beləcə bilinməsi lazımdır. NATO üzərinə düşəni edəcək. Bu məsələdə Rusiya ilə olan əlaqələrimiz məlumdur, amma Rusiya Türkiyə kimi tərəfdaşını da itirsə çox şey itirər. Bunun da bilinməsi lazımdır", - deyə Ərdoğan söyləyib. 

BAKU.WS

Son xəbərlər