Türkiyə prezidenti Moskvada Məscidin açılışında iştirak edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Moskvada rekonstruksiya edilən 111 illik Mərkəzi Məscidin açılışı üçün Rusiyaya gedib.
BAKU.WS məlumat verir ki, tatar iş adamı Saleh Erzin tərəfindən 1904-ci ildə inşa edilən Moskva Mərkəzi Məscidində yeddi il əvvəl başlanan bərpa işləri sona çatıb.
Qurban Bayramı ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas və bir çox dövlət rəsmilərinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.
Açılışa Rusiya Dövlət Başçısı Vladimir Putinin də qatıldığı bildirilir. Açılış mərasimindən sonra Ərdoğan və Putinin Kremlin Sarayında rəsmi görüşü olacaq.
20-ci əsrin əvvəllərindəki Tatar memarlıq nümunəsini əks etdirən Mərkəzi Məscid Sovet höküməti zamanında Moskvada fəaliyyət göstərən tək məsciddir.
Məsciddə 10 min nəfər ibadət edə biləcək. Memarlar 111 illik məscidin klassik dekorasiyasını qoruyub saxlayıblar. Məsciddə kondisionerlər, 7 lift, konfrans salonu, nəşriyyat üçün avadanlıqlar da var.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: "Azərbaycan bütün məsələlərdə daim Türkiyənin yanındadır"
Prezident İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. BAKU....