Ərdoğandan Putinə: "Spasibo" (VİDEO)
23
sen
2015
17:56
"Məscidinin bu gün insanlıq olaraq ehtiyac duyduğumuz sülhə və qarşılıqlı rifaha müsbət təsir etməsini ümid edirəm. Rusiya ilə aramızdakı qədim əlaqələr və məhəbbət, Rusiya-Türkiyə əlaqələrinin inkişafına böyük təsir edəcək. Bu məscidin ərsəyə gəlməsindəki roluna görə Rusiyaya təşəkkür edirəm". BAKU.WS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada rekonstruksiya edilən 111 illik Mərkəzi Məscidin açılışında deyib. Onun sözlərinə görə, Rusiya fərqli inanc və mənşəyə sahib insanların sülh içində eyni dam altında yaşamasına çox əhəmiyyətli bir nümunədir: "Bu əsərin dünyanın qabaqda gələn şəhərlərindən biri olan Moskvaya qazandırılmasında əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Xüsusilə Putinə təşəkkürlərimi bildirirəm. Qurban Bayramı münasibətilə hər birinizi təbrik edirəm. Qeyd edək ki, məscidin açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin prezidenti Mahmud Abbas və bir çox dövlət rəsmilərinin iştirak edib. Açılışa Rusiya Vladimir Putin də qatılıb.
20-ci əsrin əvvəllərindəki Tatar memarlıq nümunəsini əks etdirən Mərkəzi Məscid Sovet höküməti zamanında Moskvada fəaliyyət göstərən tək məsciddir.
Məsciddə 10 min nəfər ibadət edə biləcək. Memarlar 111 illik məscidin klassik dekorasiyasını qoruyub saxlayıblar. Məsciddə kondisionerlər, 7 lift, konfrans salonu, nəşriyyat üçün avadanlıqlar da var.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə prezidenti Moskvada Məscidin açılışında iştirak edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Moskvada rekonstruksiya edilən 111 illik Mərkəzi Məscidin açılışı üçün Rusiyaya gedib. BAKU.WS məlumat verir ki, tatar...