Vurulan Rusiya hərbi təyyarəsinin sağ qalan pilotundan şok açıqlama (VİDEO)
Türkiyə-Suriya sərhədində türk F-16-ları tərəfindən vurulan SU-24 təyyarəsinin sağ qalan pilotu danışıb.
BAKU.WS-in məlumatına görə, pilot iddia edib ki, Türkiyə heç bir halda hava məkanının pozulduğu barədə xəbərdarlıq etməyib. Sağ qalan pilotun sözlərinə görə, nə bir radio əlaqəsi, nə də vizual xəbərdarlıq olmayıb:
"Heç bir rabitə əlaqəsi qurulmayıb. Bu səbəblə biz normal uçuşumuzu davam etdirdik. Əgər bizə bir xəbərdarlıq edilsəydi biz vəziyyəti anlayardıq. Qəflətən raket bizim təyyarənin quyruğuna dəydi. Biz raketə qarşı manevr etmək imkanımız olmadı, çünki biz vizual olaraq onu görə bilmədik", - deyə pilot söyləyib.
Ancaq rus pilotun iddiasının əksinə ABŞ-dan və Hollandiyadan olan pilotlar Türkiyənin Rusiya təyyarəsinə xəbərdarlıq etdiyini duyduqlarını açıqlayıb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə vurulan hərbi təyyarəyə görə Rusiyaya başsağlığı verdi
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə sərhəddində vurulan hərbi təyyarənin vurulması ilə bağlı iddia ortaya atıb. BAKU.WS-in məlumatına görə, Lavro...