Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb.
Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu, bizim şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir. Bakıda Zəfər tağının yanında Zəfər Muzeyi də fəaliyyət göstərir. Hər bir şəhidimizin adı muzeydə həkk olunub. Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi".
Oxşar xəbərlər
Ukrayna səfiri: Azərbaycanın Zəfər Günü ədalətin təntənəsini simvolizə edir
Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, diplomat müvafiq paylaşımı "X" sosial...