Jirinovski: "Türkiyənin sonu çatıb" (VİDEO)
Rusiyanın RLDP partiyasının lideri Vladimir Jirinovski Lifenews telekanalına müsahibəsində Avropa və Türkiyəni yaxın illərdə nə gözlədiyini proqnozlaşdırıb. BAKU.WS-in məlumatına görə, siyasətçinin fikrincə, Avropa sistemi yaxın 20 il ərzində çökəcək. Buna səbəb isə onların fəxr etdikləri demokratiyadır. Jirinovski izah edib ki, bu sistem öz ölkələrini Yaxın Şərq və Asiyada baş verənlərdən qoruya bilməyəcək. "20 ildən sonra Avropa dağılacaq. Və onu son yola salanda mən 90 illiyimi qeyd edəcəm. Bu bizim üçün çox yaxşıdır. Avropanın dağılmasına səbəb isə demokratiya olacaq: çünki avropalılar hamını qəbul edirlər və hər kəsin hüquqlarını müdafiə edirlər. Onlar tək olsaydılar, cənnətdəki kimi yaşayardılar, lakin yaxınlıqda Afrika, Asiya və Yaxın Şərq var və hər yerdə müharibə gedir", - siyasətçi deyib. Oux.az-ın yazdığına görə, RLDP liderinin sözlərinə görə, Avropanı yalnız yeni Bismark xilas edə bilərdi, lakin o, yoxdur və olmayacaq. "Belə bir tale Türkiyəni də gözləyir, səbəblər isə başqadır", - o deyib. Jirinovski Türkiyəyə 2-3 il vaxt qoyub. "Türkiyə ən çətin vaxtlarını yaşayır. Bu ölkə Əsəd rejimini devirməklə Şimali Suriyanı işğal etmək istəyir. Bunun üçün kürdlərə zərbə endirmək lazımdır, bu isə İraq, İran və Rusiyaya zərbə deməkdir. Üç ölkəyə qarşı necə mübarizə aparacaq?" - siyasətçi izah edir. "Türkiyənin gələcəyi yoxdur. Bu ölkə bölünəcək, azad Kürdüstan dövləti yaranacaq. Ərdoğan artıq indidən qorxur ki, Türkiyənin sonu çatıb", - Jirinovski əlavə edib. BAKU.WS
Oxşar xəbərlər
Jirinovski: “Bu hələ məşq idi, sabah Türkiyə tamam yanacaq” (VİDEO)
Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski yenə də böyük qalmaqala səbəb olacaq çıxış edib. BAKU.WS-in məlumatına görə, Jirinovski çı...