Jirinovski: “Bu hələ məşq idi, sabah Türkiyə tamam yanacaq” (VİDEO)

Jirinovski: “Bu hələ məşq idi, sabah Türkiyə tamam yanacaq” (VİDEO)
Video
Video 4111

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski yenə də böyük qalmaqala səbəb olacaq çıxış edib. BAKU.WS-in məlumatına görə, Jirinovski çıxışında bildirib ki, Türkiyə gərə siyasi kursunu dəyişməsə o zaman Suriya ilə sərhəd olan şəhərlərdə terror əməliyyatları keçirilir. Onun sözlərinə görə, bu əməliyyatlarda kürd və erməni əsgərləri iştirak edir. "Son zaman Türkiyədə terror aktlarının sayı çoxalıb. Əsas da hərbçilər və dinc əhali hədəfdədir. Binalar partladılır, hərbçilərin maşınlarına hücum təşkil edilir. Bunu kimlər edir? Biz bunu bilmirik. Bunu peşəkar döyüşçülər edir. Ola bilər erməni, ola bilər kürd silahlıları edir. Yunanlar. bolqarlar, suriyalılar, ərəblər də Türkiyədə terror törədə bilərlər. Onların sayı milyonlarladır”, - deyə Jirinovski bildirib. Onun sözlərinə görə, Türkiyədə hələ bundan sonra terror aktlarının sayı çoxalacaq. "Ötən gün hələ ki, məşq idi, sabah Türkiyə tamam yanacaq”, - deyə Jirinovski bildirib. BAKU.WS

Oxşar xəbərlər

Türkiyədə terror zamanı 6 əsgər şəhid oldu (VİDEO)

Türkiyədə terror zamanı 6 əsgər şəhid oldu (VİDEO)

Bu gün Türkiyədə baş verən terror aktında 6 türk hərbçi həlak olub. BAKU.WS-in məlumatına görə, Diyarbakırda hərbi maşın hərəkət etdiyi zaman partladılıb. Hərb...

1311 Hadisə 14:15 18 fevral 2016

Son xəbərlər