Jirinovski: “Qarabağda Rusiya bayrağı dalğalanmasa, sülh olmayacaq”

Jirinovski: “Qarabağda Rusiya bayrağı dalğalanmasa, sülh olmayacaq”
Siyasət 2980

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Moskvada keçirilən 1 May mitinqində növbəti dəfə Ermənistan- Azərbaycan münaqişəsinə və Qarabağda aprelin əvvəlindəki dörd günlük müharibə mövzusuna toxunub.

BAKU.WS-in virtualaz.org-a istinadən məlumatına görə, Jirinovski bildirib ki, Qarabağda hərbi əməliyyatlar hələ qurtarmayıb, o davam edir və bundan sonra da davam edəcək”.

RLDP liderinin fikrincə, münaqişənin həllinin yeganə yolu Rusiyanın regionda təmsil olunması və Rusiya bayrağının Qarabağda ucaldılmasıdır: "Nə qədər ki, Qafqaz və Zaqafqaziya üzərində Rusiya bayrağı dalğalanmır, orada heç vaxt sülh olmayacaq”.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər