Jirinovski Azərbaycanın etmədiyini edir: "Qorbaçov Qarabağa görə cavab verməlidir"

Jirinovski Azərbaycanın etmədiyini edir: Qorbaçov Qarabağa görə cavab verməlidir
Siyasət 2470

 

Rusiya Federasiyasının Dövlət Dumasının gündəliyinə Vladimir Jirinovskinin təşəbbüsü ilə SSRİ prezidenti Mixail Qorbaçovun siyasi fəaliyyətini cinayətkar kimi tanımağını irəli sürən qətnamə layihəsi daxil edilib.

BAKU.WS-in məlumatına görə, Rusiyanın Liberal-Demokratik Partiyasının lideri hesab edir ki, Dumanın aşağı palatasında Rusiya Federasiyasının Kommunist Partiyası fraksiyasının nümayəndələri liberal-demokratların ideyasını dəstəkləyəcək. Jirinovski əlavə edib ki, son qərar Dumadakı əksəriyyətin mövqeyindən asılıdır.

Rusiya analitikləri Jirinovskiyə müxtəlif təkliflər verirlər. Hərbi icmalçı Aleksey Volodin qeyd edib ki, Rusiyanın siravi vətəndaşları arasında milyonlarla insan tapmaq olar ki Vladimir Jirinovskinin təşəbbüsünü dəstəkləsin.    

Onun sözlərinə görə, Qorboçov SSRİ-də vətəndaş müharibəsi yaratmaqla və İttifaqı dağıtmaqla regionda çox mürəkkəb vəziyyət yaradıb. Volodin bildirir ki, Nobel sülh mükafatını almış insana qarşı münasibət birmənalı deyil.  

"Çox çətindir, çünki bu gün keçmiş Sovet İttifaqı ölkələrində qanlı hadisələr baş verir. Bizim gözümüz önündə Donetskdə, Dağlıq Qarabağ ətrafında vəziyyət səngimir. Bizim gözlərimiz önündə terror Şimali Qafqazda öz fəallığını yenidən göstərməyə çalışır", - deyə A.Volodin vurğulayıb. 

Qeyd edək ki, məşhur rus analitiki Qriqori Trofimçuk da rəsmi Bakını Qorbaçovu beynəlxalq axtarışa verməyə çağırmışdı. Belə çıxır ki, Azərbaycan tərəfinin etməli olduğunu hazırda Vladimir Jirinovski edir. Amma nə qədər müvəffəqiyyətlə bu mümkün olacaq, onu zaman göstərəcək. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər