Jirinovski: "Ermənilər müharibəyə hazırlaşsın, Putin dəstək verəcək"
"Ermənilər öz torpaqlarını geri qaytarmaq üçün diplomatik, iqtisadi, siyasi vasitələrdən istifadə etməlidir".
BAKU.WS-in məlumatına görə, bu barədə Rusiyanın Liberal-Demokratik Partiyasının sədri Vladimir Jirinovski bildirib. Onun sözlərinə görə, kürdlər kimi ermənilərdə silahla öz torpaq iddiaları uğrunda döyüşməlidir:
"Qoy ermənilər qərar versinlər. Kürdlər dövlət yaradılması üçün görün necə vuruşurlar? Əllərində silahla döyüşlər aparırlar. Ermənilər isə öz torpaqlarını geri almaq üçün diplomatik, iqtisadi, siyasi vasitələrdən istifadə edir. Ancaq görünür yekunda ermənilərə silah yolu ilə torpaqlarını qaytarmaq lazım gələcək", - deyə Jirinovski söyləyib.
Rusiyanın Liberal-Demokratik Partiyasının başçısı Türkiyəyə qarşı sərt mövqeyini də açıqlayıb: "Ermənilər, kürdlər, yunanlar, bolqarlar və suriyalılar Türkiyəyə düşmən olub. Onlar hamısı Türkiyəyə nifrət edirlər. Türkiyə rəqiblər tərəfindən mühasirəyə alınıb: qərbdə — bolqarlar və yunanlar, şərqdə — ermənilər və kürdlər, cənubda — Suriya. Türkiyənin sonudur! Amma bu beş ildən sonra olacaq, on ildən sonra bunu dəqiq bilmirəm. Türkiyə onsuz da dağılacaq və regionda heç bir rol oynamayacaq. Amma Rusiyanın Liberal-Demokratik Partiyasının konkret mövqeyi müstəqil kürd dövlətini dəstəkləməkdir. Kürdlər Türkiyədə, Suriyada, İranda və İraqda yaşayırlar və onların sayı 40 milyondan çoxdur".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Jirinovski Azərbaycanın etmədiyini edir: "Qorbaçov Qarabağa görə cavab verməlidir"
Rusiya Federasiyasının Dövlət Dumasının gündəliyinə Vladimir Jirinovskinin təşəbbüsü ilə SSRİ prezidenti Mixail Qorbaçovun siyasi fəaliyyətini cinayətkar kimi t...