Hökumətdə struktur dəyişir - Baş nazir postu ləğv edilir, vitse-prezident...

Hökumətdə struktur dəyişir - Baş nazir postu ləğv edilir, vitse-prezident...
Siyasət 6479
Prezident seçklərindən sonra başda baş nazir olmaqla Nazirlər Kabineti istefaya göndərilidi və hazırda bütün ölkə baş nazir və nazir kreslolarına sahib olacaq insanlar arasında yeni simaların olub-olmayacağını səbirsizliklə gözləyir. BAKU.WS xəbər verir ki, keçən il ölkənin siyasi həyatında birinci vitse-prezident institutunun peyda olması və gələcəkdə vitse-prezidentlərin sayının artma ehtimalın mövcudluğu bu iki institutun bir biri ilə yanaşı mövcud olub-olmaya biləcəyi məsələni aktuallaşdırır. Sosial şəbəkələrdə nazirlər kabinetinin ləğv edilə biləcəyi kimi fikirlərin səslənməsi, xarici ölkələrdə müxtəlif təcrübədən istifadə olunması məsələyə əlavə rəng qatır.
Siyasi şərhçilərin məsələyə münasibəti birmənalı deyir. Politoloq Rasim Ağayevin deyir funksional nöqtəyi nəzərdən vite-prezident işçi orqan sayılan Nazirlər kabinetini əvəzləyə bilməz. Onun fikrincə bu iki institut arasında böyük fərq var. Qısa müddət ərzində vitse-prezident prezindeti əvəz edib aparata başçılıq, nazirlər kabinetinə tapşıqır verə bilsə də, politoloqun fikrincə, uzun müddətdə bu mümkün deyil. “Nazirlər kabineti öz səlahiyətləri və imkanları ilə işçi orqandır, ölkənin bütün sahələrini əhatə edir. Hər hansısa konkret qərar verməyə gələndə, vitse-prezidentin buna lazımi imkanı olmaya bilər. Hətta prezident müvəqqəti olmasa belə, daha nəcib, uyğun və rahat qurum kimi məhz Nazirlər kabineti onu əvəz edə bilər. Azərbaycan reallığında kənd təsərrüfatı, sənayə, mədəniyyət və digər sahələr üzrə məhz nazirlər kabineti öhtəsindn gələ bilər.” Mütəxəssis deyir, Azərbaycanın siyasi tarixində nazirlər kabineti prezidentin “fəhlə” orqanı olub. Vitse-prezidentlərin sayının artırılması daha çox süni addım olacaqında əmin olan politoloqun fikrincə, bu görülən işlərdə müəyyən parallelizm yaradacaq. “Məsələn, sənayə üzrə vitse-prezident təyin edilsə onun işi yerinə yetirməyə aparatı var? O gərək nazirlər kabineti ilə əlaqə saxlasın və məsələni həll etsin. Bu istər-istəməz görülən işin təkrarən görülməsinə yol açacaq. Və yaxud kurasiya olunanın yerinə özünüzü qoyun. Aparatdan zəng vurub deyirlər, Sür dərəyə. Sonra isə Nazirlər kabinetindən yığırlar ki, Sür başqa istiqamətə.”Nazirlər kabinetin indiyədək aktual olduğunu deyən politoloqun qənaətinə görə, bu institutu bir ay müddətinə onu səlahiyyətlərindən kənarlaşdırsan o boşluğu dolduracaq qurum ortaya çıxmayacaq. Rasim Ağayev deyir nazirlər gün ərzində yüzlərlə iş ilə məşğul olur və onların səlahiyyətlərin vitse-prezidentlərə verilməsi hərfi mənada Nazirlər kabinetin Prezident aparatına köçürmək anlamı verir. Bu da öz növbəsində prezident hakimiyyətin əsaslarını zəiflədəcək, çünki prezident hakimiyyəti ilk növbədə siyasi qərarların verilməsini nəzərdə tutur, - əmindir prezidentin mətbuat xidmətinin keçmiş rəhbəri.
“Ayrı-ayrı nazirlərin Nazirlər kabinetindən nüfuzu daha çoxdur”Politoloq Natiq Cəfərli deyir dünya təcrübəsində sərt vertikal prezident idarəetmə üsulu olan ölkələrdə nazirlər kabineti anlayışı olmur. Qonşu Türkiyədə keçiriləcək erkən seçkilərindən sonra konstitusiyaya dəyişiklik ediləcək, baş nazir institutu ləğv ediləcək və prezident üsul idarəsində icra hakimiyyəti qolu vitse-prezidentlər vasitəsi ilə həyata keçiriləcək. Onun qənaətinə görə, Azərbaycanda vəziyyət fərqlidir, çünki 2016-cı ildə Konstitusiyaya dəyişiklik ediləndə, vitse-prezident institutu Konstitusiyaya daxil edildi amma Nazirlər kabineti ləğv edilmədi. Bunun üçün isə yenidən Konstitusiya dəyişiklik etmək lazımdır. Nazirlər kabinetin çox zəif institut olduğunu deyən Natiq Cəfərlinin fikrincə, ayrı-ayrı nazirlərin nüfuzu və gücü daha çoxdur. O deyir, getdikcə Nazirlər kabinetinin səlahiyyətləri azaldılır. Sahələr üzrə vitse-prezidetlərin təyin edilməsi və məsuliyyət məsələsinin artırılması daha məqsədəuyğundur. “Bəzi nazirlər 5-10 il öz sahələrinə rəhbərlik etsə belə, öz işlərində müəyyən problemlərin olduğunu etiraf edir. Bu məntiqə uyğun deyil. Öz sahəsi üzrə məhsuliyyəti daşıyan institusional bir qurumlar yaradılmalıdır və vitse-prezidentlikdə bunun üçün ən ideal variant ola bilər. Prezident qarşısında birbaşa məhsuliyyət daşıyan, sahələr üzrə bölünən vitse-prezidentlər. Belə bir qurumun yaradılmasına ehtiyyac var. Nazirləri kabineti bu anlamda bu funksiyanı daşıya bilmir. “ Politoloq deyir, Nazirlər kabineti ayrı-ayrılıqda demək olar iclas keçirmir və qərar qəbul etmir, əksər qərarlar isə prezindentin təsdiqindən sonra qüvvəyə minir. İnstitusional olaraq Nazirlər kabineti lazımsız bir orqana çevrilib,-əmindir N.Cəfərli. “Vitse-prezident institutu həm effektiv, operativ ola bilər və məhsulliyətli idarə etmə orqanı yarana bilər. Yəni kurasiya verildiyi sahə üzrə vitse-prezident həm prezidnet, həmdə cəmiyyət qarşısında məhsuiliyət daşıyır. Öz sahələri üzrə gördüyü işlərə görə ya məhsulliyət daşımalıdı ya da cəzalanmalıdır. Bu olmasa effektiv idarə etmə üsuluna keçid çətin olacaq.“Xarici təcrübədə vitse-prezident və nazirlər kabineti instutların bir yerdə mövcud olduğu, bir-birini həm də inkar etdiyini görmək olar. İnkar olunan təcrübənin ən bariz nümunəsi ABŞ-dır. Bu ölkədə həm prezident, həm də vitse-prezident vəzifələri ölkə yaranandan mövcuddur. (1776-cı il). Və bu ali vəzifələri tutacaq insanlar eyni vaxtda seçilir. Ölkədə hökümət və dövlət başçısı vəzifələrini prezident tutur. Vitse-prezidentin səlahiyyətləri isə ölkə Konstitusiyası ilə çox məhduddur. Əsas səlahiyyəti isə Konqresin yuxarı palatası - Senata sədrlik etməkdir. Palatada səsvermə zamanı bərarərlik olanda vitse-prezidentin rəyi həlledici sayılır. Bu vəzifəni əhəmiyyətli edən fakt isə odur ki, o prezidentdən sonra ölkədə ikinci adamdır və birincinin öz səlahiyyətlərini yetirə bilmədiyi təqdirdə həmin funksiyaları vitse-prezident öz üzərinə götürür. Məsələn, Bolqarıstanda isə ancaq prezident istefaya gedəndə onun yerini vitse-prezident tuta bilər. Bütün digər hallarda seçkilər keçirilməlidir. Bu vaxtadək isə vitse-prezident prezidentin səlahiyyətlərini yerinə yetirir, bu mümkün olmayanda - parlamentin sədri. Ölkədə paralel olaraq baş nazirin başçılıq etdiyi Nazirlr kabnineti var. İsveçrədə isə həm prezident, həm də vitse-prezident bir il müddətinə Federal Şuradan seçilir və ona başçılıq edir. Federal Şura hökümət və dövlət başçısı məsələlərini yerinə yetirir. Federal prezidentin dövlət başçısı kimi hər hansı bir funksiyanı yetirmək nəzərdə tutulmayıb.İsmayıl FətəliyevBAKU.WS

Son xəbərlər