Boris Conson öz iqamətgahında Breksit şərəfinə ziyafət verəcək

Boris Conson öz iqamətgahında Breksit şərəfinə ziyafət verəcək
Siyasət 306

Böyük Britaniyanın Baş Naziri Boris Conson Dauninq-stritdəki iqamətgahında Nazirlər Kabinetinin üzvləri və digər yüksəkvəzifəli məmurlar üçün Breksit şərəfinə ziyafət təşkil edəcək.

BAKU.WS xəbər verir ki, The Guardian qəzetinin yaydığı məlumata görə, axşama sabiq Baş nazir Tereza Meyin dəvət edilib-edilməyəcəyi məlum deyil. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına bir saat qalmış Consonun Britaniya təbəələrinə müraciətlə çıxış etməsi gözlənilir.

Brüsseldə isə əksinə, Breksit münasibətilə heç bir tədbir gözlənilmir. Avropalı məmurlar Böyük Britaniyanın Aİ-dən çıxması qərarından təəssüfləndiklərini müxtəlif səviyyələrdə dəfələrlə dilə gətiriblər.

Britaniya Aİ-nin tərkibindən rəsmi şəkildə yanvarın 31-də London vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə fevralın 1-i saat 3:00) çıxacaq.

Oxşar xəbərlər

Breksitdən sonra nə olacaq? - Avropada yeni səhifə açılır

Breksitdən sonra nə olacaq? - Avropada yeni səhifə açılır

Böyük Britaniyanın 4 ildir çalışdığı Breksit arzusu nəhayət bu gecə baş tutacaq. BAKU.WS xəbər verir ki, Tereza Meyin Baş nazir postunu itirməsinə səbəb olan Br...

358 Siyasət 15:35 31 yanvar 2020

Son xəbərlər