Dünya liderləri Trampın qeybətini qırdı - VİDEO

Dünya liderləri Trampın qeybətini qırdı - VİDEO
Video
Siyasət 351

Böyük Britaniyanın paytaxtı Londonda NATO-ya üzv dövlətlərin başçılarının zirvə toplantısı işinə başlayıb.

BAKU.WS xəbər verir ki, zirvə toplantısı zamanı liderlərin Donald Tramp barədə dedi-qoduya yol verməsi üzəı çıxıb. Söhbət Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Boris Conson və Kanadanın hökumət rəhbəri Castin Trüdonun apardığı müzakirədən gedir.

Liderlərin görüşü zamanı müzakirə Boris Consonun, "Niyə bu qədər uzun çəkdi?" sualı ilə başlayıb. Ardınca Castin Trüdo Amerika prezidentini qəsd edərək, "Jurnalistlərlə 40 dəqiqə danışdığı üçün gecikib",-deyə cavab verib.

Videoda, Makronun sözləri tam anlaşılmasa da, Trüdonun Trampın komandasına diqqət çəkərək, "Komandasındakıları görməli idiniz, hamısının ağzı açıq qalmışdı",-deyə vurğulayıb.

Videonun çəkildiyini anlamayan liderlərin Trampın NATO sammitindəki mövqeyini qiymətləndirərkən gülmələri öz əksini tapıb.

Oxşar xəbərlər

Dünya liderləri illər əvvəl - FOTO

Dünya liderləri illər əvvəl - FOTO

Siyasi arenada sözünü demiş və nüfuzlu liderlərin gənclik illəri ilə bağlı şəkillər yayılıb. BAKU.WS xəbər verir ki, şəkillərdə partiya sədri, baş nazir və prez...

1387 Siyasət 09:44 18 noyabr 2019

Son xəbərlər