Brexit olacağı dəqiqləşdi
İngiltərədə növbədəkənar parlament seçkilərində 368 mandat qazanaraq təkbaşına iqtidarı əldə edən Mühafizəkarlar Partiyasının Brexit üçün səs çoxluğu qazanıb.
BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, seçkidən sonra danışan Baş nazir və Mühafizəkarlar Partiyasının lideri Boris Conson Brexiti həyata keçirmək üçün yeni və güclü səlahiyyət əldə etdiyini bildirib.
Conson seçki nəticəsinin ingilis xalqının demokratik iradəsinə hörmət, ölkəni daha yaxşı vəziyyətə gətirmək və bütün xalqın potensialını ortaya çıxarmaq şansı verən tarixi bir seçkidir.
Qeyd edək ki, 650 mandatlı Böyük Britaniya İcmalar palatasında 368 mandat qazanan Mühafizəkarlar Partiyası digər partiyaların dəstəyi olmadan da Brexit layihəsini qəbul edə biləcək. Bununla da İngiltərə 31 yanvar 2020-ci ildə Avropa İttifaqından ayrılmış olacaq.
Oxşar xəbərlər
İngiltərədə tarixi səsvermə - Təkbaşına iqtidara gəldilər
İngiltərə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri məlum olub. BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilkin nəticələrə g...