Brexitdən sonra Britaniya viza proseduralarına dəyişiklik edəcək
Brexitdən sonra Böyük Britaniyada viza proseduralarında dəyişiklik ediləcək. Belə ki, elm adamlarına istedad vizası ilə Britaniyaya gəlmək imkanı veriləcək.
Baş Nazir Boris Conson fevralda elm adamları və hər hansı sahədə peşəkar şəxslər üçün istedad vizasının tətbiq olunacağını söyləyib. Boris Conson bu viza ilə Britaniyanın dünyanın ən istedadlı beyinləri üçün açıq olduğunu göstərəcəyini deyib. Qlobal istedad vizası fevralın 20-dən etibarən müraciətlərə açıq olacaq. Yeni vizalar Daxili İşlər Nazirliyi tərəfindən deyil, Britaniya Tədqiqat və İnnovasiya Agentliyi tərəfindən veriləcək. Bununla vizaların daha sürətlə verilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Britaniya kraliçası “Brexit” sazişini təsdiqləyib
Böyük Britaniya kraliçası II Yelizaveta “Brexit” sazişini təsdiqləyib. BAKU.WS-in məlumatına görə, bununla da Boris Conson hökuməti tərəfindən hazırlanan sənəd...