Azərbaycan Prezidenti: Biz özümüz Ermənistana neft məhsullarının ixracına başlamışıq
Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasında məhdudiyyəti aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başlamışıq.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.
"Ən vacib nəticələrdən biri Tramp-Vens administrasiyasının bizim regiondan gözləntisi TRİPP layihəsidir. Bu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda təhlükəsiz daşımalar dəhlizinə çevriləcək. Tramp marşrutu Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, Avropa ilə Asiyanı da birləşdirəcək".
Oxşar xəbərlər
İlham Əliyev "Toxumçuluq haqqında" Qanunu təsdiqlədi
Prezident İlham Əliyev "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS bununla bağlı President.az-a istinadən xəbər verir. Bu Qan...