2226 nəfər deputatlığa namizədlik üçün müraciət edib
"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 namizəd müraciət edib".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
O bildirib ki, 461 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb:
"Onlardan 2066 nəfərinin namizədliyi artıq təsdiqlənib, 1903 nəfəri isə imza vərəqələrini götürüb. 580 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 285 nəfər qeydə alınıb".
Oxşar xəbərlər
Məzahir Pənahov: “285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2066 nəfər müraciət edib. BAKU.WS xəbə...