Parlament seçkilərində iştirak etmək üçün 802 namizəd müraciət edib

Parlament seçkilərində iştirak etmək üçün 802 namizəd müraciət edib
Siyasət 350

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 802 namizəd müraciət edib.

BAKU.WS-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədlərin 123 nəfəri 8 siyasi partiya tərəfindən irəli sürülüb.

Dörd nəfər təşəbbüs qrupları tərəfindən, 675 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

Fərdi qaydada namizədliklərini irəli sürənlərdən 291 nəfərinin 16 siyasi partiyaya mənsubiyyəti var.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərdən 447 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 339 nəfəri isə imza vərəqələrini artıq götürüb.

Oxşar xəbərlər

71 nəfərin namizədliyi təsdiq olunub

71 nəfərin namizədliyi təsdiq olunub

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 268 namizəd müraciət edib. BAKU.WS-in məlumatına gö...

1004 Siyasət 15:40 14 dekabr 2019

Son xəbərlər