Parlament seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 9-a çatıb
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 9-a çatıb.
BAKU.WS-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha altı partiyanın - Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl 3 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.
Oxşar xəbərlər
Qüdrət Həsənquliyevin partiyası parlament seçkilərində iştirakla bağlı qərarını açıqladı
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAKU.WS partiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki,...