Qeydə alınan deputatlığa namizədlərin sayı açıqlandı
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 16 namizəd qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun sözlərinəgörə, ümumilikdə 1611 namizəd müraciət edib.
M.Pənahov bildirib ki, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb.
“13 nəfəri təşəbbüs qrupları, 1305 nəfər fərdi qaydada namizədliyini irəli sürüb. Müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub”,-deyə M.Pənahov əlavə edib.
MSK sədri qeyd edib ki, müraciət edən namizədlərdən 1012 nəfəri imza vərəqələrini artıq götürüb:
“124 nəfəri qaytarıb və onlardan 16 nəfər qeydə alınıb. 56 nəfər isə seçkilərdə iştirakını könüllü dayandırıb”.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.
Oxşar xəbərlər
569 nəfərin namizədliyi təsdiq olunub
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib. BAKU.WS-in məlumatına gör...