Daha 4 partiyanın parlament seçkilərinə qatılacağı dəqiqləşdi
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 15-ə çatıb.
BAKU.WS xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha dörd partiyanın - Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl 11 siyasi partiyanın - Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.
Xatırladaq ki, Milli Məclisə növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.
Oxşar xəbərlər
Parlament seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 9-a çatıb
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 9-a çatıb. BAKU.WS-in məlu...