Məzahir Pənahov: “285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2066 nəfər müraciət edib.
BAKU.WS xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.
MSK sədri deyib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb:
“16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.
M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərdən 1903 nəfəri isə imza vərəqələrini artıq götürüb, 580 nəfəri qaytarıb, 285 nəfər isə qeydə alınıb”.
Oxşar xəbərlər
MSK sədri: "125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 145 nəfəri müraciət edib. BAKU.WS AP...