MSK sədri: "125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"

MSK sədri: 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Siyasət 656

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 145 nəfəri müraciət edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1 673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 1 954 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: "Onlardan 1 747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri imza vərəqini qaytarıb. 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

Oxşar xəbərlər

Azərbaycanda 77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə M...

313 Siyasət 15:51 31 dekabr 2019

Son xəbərlər