Ukraynada azərbaycanlı iş adamının restoranı partladılıb
Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoranı partladılıb.
BAKU.WS xəbər verir ki, Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Azərbaycanın Zərdab rayonundan olan 60 yaşlı İsmayıl Quliyev yaralanıb.
O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.
Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.
Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlı iş adamlarına və onlara məxsus obyektlərə qarşı hücumlar, adam oğurluqları artıb, 25 azərbaycanlının naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir. Bu faktlarla bağlı Ukrayna Baş Prokuroluğu tərəfindən cinayət işi başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Ukraynada azərbaycanlı tələbə qətlə yetirildi
Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib. APA-nın məlumatına görə, hadisə sentyabrın 27-də Kiyev şəhərində qeydə alınıb. Zaqatala rayon sakini, 22 yaşlı M...