Azərbaycanlı diaspor rəhbərinin obyekti və avtomobilləri partladıldı

Azərbaycanlı diaspor rəhbərinin obyekti və avtomobilləri partladıldı
Hadisə 1763

 

Ukraynanın Donetsk vilayətinin Pokrovsk (keçmiş Krasnoarmeysk) şəhərində "Azərbaycan" Cəmiyyətinin sədri, iş adamı Şahin Bəylərova məxsus bir neçə obyekt - mağaza, kafe, avtoyuma və avtomobillər naməlum şəxslər tərəfindən partladılıb.

BAKU.WS bildirir ki, Ş.Bəylərov APA-ya deyib ki, hadisə gecə saatlarında baş verdiyi üçün insan tələfatı yoxdur.

Partlayış nəticəsində obyektlər tamamilə yararsız hala düşüb, ikisi Ş.Bəylərova məxsus olmaqla, dörd avtomobil sıradan çıxıb.

Partlayış kənardan idarə olunan qurğu ilə törədilib.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik bilinmir, yerli polis araşdırma aparır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər