Türkiyədə partlayış: ölənlər var

Türkiyədə partlayış: ölənlər var
Hadisə 1263
 

Türkiyənin cənub-şərqində güclü partlayış baş verib. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində iki hərbçi həlak olub, üç nəfər yaralanıb. Hadisə ölkənin cənub-şərqindəki Mardin vilayətinin Nusaybin şəhərində əldəqayırma bombanın partlaması nəticəsində baş verib. 

Hərbi qurumların verdiyi məlumata görə, partlayıcı qurğu Türkiyədə qadağan olunmuş PKK üzvlərinə qarşı antiterror əməliyyatlarının keçirilməsi zamanı işə düşüb. 

Türkiyədə  2015-ci ilin iyulunda  PKK ilə silahlı münaqişənin təsdiqindən sonra kürd üsyançıları ilə toqquşmalarda 400 nəfərə yaxın hərbçi və polis əməkdaşları həlak olub.

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu müddət ərzində 5 mindən artıq kürd üsyançıları  məhv edilib. 

BAKU.WS

Oxşar xəbərlər

Türkiyədə Ermənistan ordusunun 7 snayperi məhv edildi

Türkiyədə Ermənistan ordusunun 7 snayperi məhv edildi

Türkiyənini cənub-şərqində PKK terror təşkilatına qrşı antiterror əməliyyatlarında zərərsizləşdirilən 7 snayper atıcısının Ermənistan ordusunun xüsusi təyinatlı...

2393 Hadisə 13:38 10 aprel 2016

Son xəbərlər