Ukraynada azərbaycanlılar iş adamını qarət ediblər
Ukraynada azərbaycanlılar biznesmenlə həyat yoldaşının olduğu maşına hücum edərək, onları qarət ediblər.
BAKU.WS məlumat verir ki, hadisə Ukraynanın Pervomayski rayonunda qeydə alınıb. Yolda avtomobillərinin qarşısına kəsən üç nəfər kişini döyüb, digər iki şəxs isə maşında axtarış aparıblar.
Hücum edən şəxslərin üzü corabla örtülü olub. Onlar avtomobildən biznesmenə məxsus içində 70 min qrivin (təxminən 4179 manat) olan əl çantasını və mobil telefonunu götürüblər. Oğrular onra hadisə yerindən qaça biliblər.
Ancaq, həmin gün axşam polislərin apardığı əməliyyat nəticəsində oğrulardan biri tutulub. Məlum olub ki, saxlanılan şəxs 28 yaşlı Azərbaycan vətəndaşıdır və bu il mart ayında Ukraynaya gəlib. Onun sözlərinə görə, Pervomaysk şəhərinə bu hadisəni törətməmişdən bir həftə əvvəl bir neçə həmyerlisi ilə birgə məhz, oğurluq məqsədi ilə gəlib.
Quldurlar iş adamının nə vaxt, hansı istiqamətdə hərəkət etdiklərini əvvəlcədən öyrənə biliblər. Buna görə, iş adamının maşının hərəkət etdiyi yola maneə törətmək üçün maşın şinləri düzüblər. Maneəni görüb maşından düşən iş adamına elə o zaman hücum ediblər.
Pervomaysk rayon bölməsindən verilən məlumata görə, saxlanılna şəxs başqa ölkənin vətəndaşı olduğu üçün bu barədə Azərbaycanın Ukraynadakı konsulluğuna məlumat verilib.
BAKU.WS
Oxşar xəbərlər
Jurnalistin yaşadığı ev qarət olundu
APA informasiya agentliyinin əməkdaşı Mübariz Aslanovun yaşadığı ev qarət olunub. Bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, mayın 17-də ki...