Jurnalistin yaşadığı ev qarət olundu

Jurnalistin yaşadığı ev qarət olundu
Hadisə 1144
 

APA informasiya agentliyinin əməkdaşı Mübariz Aslanovun yaşadığı ev qarət olunub. Bu barədə  jurnalistin özü məlumat verib.

Onun sözlərinə görə, mayın 17-də kirayədə yaşadığı, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hadisə baş verən vaxt evdə heç kim olmayıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən APA-ya bildirilib ki, hazırda polis daxil olan şikayət əsasında araşdırma aparır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda univermaq qarət olundu: qızıllar oğurlandı

Bakıda univermaq qarət olundu: qızıllar oğurlandı

Bakının Nəsimi rayonundakı iri ticarət mərkəzlərindən birində oğurluq hadisəsi baş verib. BAKU.WS anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Cavadxan...

3552 Hadisə 09:35 31 mart 2016

Son xəbərlər