Bakıda 12 min manatlıq ətir oğurlandı
03
mar
2016
12:05
Bakıda məşhur mağazadan oğurluq olub.
BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, martın 2-də Nəsimi rayonu ərazisindəki "Emporium" mağazasının anbarından 12 000 manat dəyərində ətir oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulublar.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda küçənin ortasında qadına hücum çəkdilər və ...
Dünən Bakının Nəsimi rayonunun Cavadxan küçəsində 35 yaşlı qadına hücum çəkiblər. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlu...