Tünzalə Əliyevanın qardaşı vəfat etdi
05
iyl
2026
14:44
Mərhum Əməkdar artist, Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsinə daha bir itki üz verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, aktrisanın qardaşı Elxan Bayramov 58 yaşında Moskvada vəfat edib.
İlkin məlumata görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub.
Mərhum dünən Gəncədəki "İmamzadə" ziyarətgah kompleksində torpağa tapşırılıb.
O, həmçinin Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyyə Əliyeva və Gəncə Dövlət Kukla Teatrının butaforçu rəssamı Təranə Əliyevanın qardaşıdır.
Elxan Bayramov ailəli olub, 3 övladı yadigar qalıb.
Oxşar xəbərlər
Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami kü...