G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa gəldilər
"Böyük Yeddilik" (G7) ölkələri dörd ay ərzində strateji ehtiyatlarından 100 milyon barelə qədər yanacağı bazara çıxarmaq barədə razılığa gəliblər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bəyan edib.
Ehtiyatların bazara çıxarılması Beynəlxalq Enerji Agentliyinin (BEA) koordinasiyası ilə həyata keçiriləcək.
Makronun sözlərinə görə, bu qərar dizel yanacağı bazarında vəziyyəti sabitləşdirmək məqsədilə qəbul edilib. G7 liderlərinin konfransının yekunlarına dair bəyanatda bildirilir ki, ehtiyatların əhəmiyyətli hissəsi qrupa daxil olan ölkələr və onların tərəfdaşları tərəfindən 20 gün ərzində bazara çıxarılacaq.
Bundan əlavə, ölkələr enerji daşıyıcılarının ticarətinə məhdudiyyətlər tətbiq etməmək barədə də razılığa gəliblər.
G7 nümayəndələri yaxın günlərdə əlavə dizel yanacağının bazara çıxarılması imkanlarını müzakirə etmək üçün yenidən görüşəcəklər.
Oxşar xəbərlər
İranda Bəlucistan gərginliyi: Hakimiyyət bölgəyə nəzarəti itirir?
Sentyabr ayı ərzində və oktyabrın ilk günündə İranın cənub-şərqində, Pakistan və Əfqanıstanla həmsərhəd Sistan və Bəlucistan əyalətində hökumət qüvvələri ilə ye...