Şirvanda minik avtomobili ilə mikroavtobusun toqquşması zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Şirvanda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, martın 22-si saat 19:15-də yol-nəqliyyat hadisəsində yaralanan dörd nəfər (iki kişi, iki qadın) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, martın 22-də Şirvan şəhərinin Mikayıl Müşfiq küçəsində "Ford" markalı, 99-BJ-939 dövlət nömrə nişanlı avtomobillə mikroavtobusun toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Dayısının həyat yoldaşını öldürən yeniyetmənin axtarışları davam etdirilir
Cəlilabadda dayısının həyat yoldaşını öldürən yeniyetmə hadisə yerindən qaçıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Anar Əzizovun psixoloji problemlərini...