Marketdə 33 yaşlı kişinin qabırğasını sındırdılar
03
may
2019
12:23
Lənkəranda qanlı hadisə baş verib.BAKU.WS xəbər verir ki, Lənkəran şəhəri, M.Əsədov küçəsi dalan 1, ev 12-də yaşayan 1986-cı il təvəllüdlü Nurlan Nurəli oğlu Qurbanovun sol qabırğasından kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.Bu barədə polisə məlumat verilib. Məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanaya cəlb olunublar.İlkin araşdırma zamanı müəyyən edilib ki, 01.05.2019-cu il tarixdə saat 20 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Refem” marketinin yanında 1985-ci il təvəllüdlü Rəvan Ağamehdi oğlu Məhərrəmov ilə şəxsi münasibətlər zəminində tanışı Nurlan Qurbanov arasında dava başlayıb.Dava zamanı Rəvan Məhərrəmov cib bıçağı lə Nurlan Qurbanova qəsdən bir dəfə bıçaq zərbəsi vurub.Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıbZiya Babayev
Oxşar xəbərlər
Birinin qarnını deşdilər, digərinin ombasını sındırdılar – Bakıda kütləvi dava
Bakıda kütləvi qanlı hadisə baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzimə məlumat verilib. Bildirilib ki, ötən gün sa...