Bərdədə kütləvi dava - 4 nəfər bıçaqlanıb - VİDEO

Bərdədə kütləvi dava - 4 nəfər bıçaqlanıb - VİDEO
Video
Hadisə 5219
Bərdə rayonunda kütləvi dava baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb. Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri - Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.Araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bərdədə 2 piyadanı avtomobil vurub: biri ölüb - FOTO

Bərdədə 2 piyadanı avtomobil vurub: biri ölüb - FOTO

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mirzalıbəyli kəndind...

608 Hadisə 23:14 12 noyabr 2018

Son xəbərlər