Bərdədə 2 piyadanı avtomobil vurub: biri ölüb - FOTO

Bərdədə 2 piyadanı avtomobil vurub: biri ölüb - FOTO
Hadisə 608
Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb.Belə ki, "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan iki nəfəri - rayon sakinləri, 1992-ci il təvəllüdlü Şamo Hafiz oğlu Rüstəmovu və 1988-ci il təvəllüdlü Şamo Abid oğlu Yusubovu vurub. Ş.Rüstəmov hadisə yerində ölüb. Ş.Yusubov isə ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər