Toyda yaba ilə dava - 3 nəfər yaralandı
19
iyl
2018
09:35
Sabirabadda toyda baş verən kütləvi davada 3 nəfərə yaba ilə xəsarətlər yetirilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, saat 00.30 radələrində Sabirabadın Moranlı kəndində toyda kütləvi dava baş verib.Dava zamanı kənd sakinləri, 1992-ci il təvəllüdlü Abbasov İlkin Taleh oğlu, 1995-ci il təvəllüdlü Abbaslı Ədalət İbrahim oğlu və 1994-cü il təvəllüdlü İmanov Feyruz Asim oğluna bədənlərinin müxtəlif yerlərindən yaba ilə kəsilmiş-deşilmiş xəsarətlər alıblar. Hər 3 yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdı.Kütləvi davada iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir.Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Neftçalada kütləvi dava — 3 nəfər bıçaqlandı
Neftçala rayonunda kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xolqarabucaq kəndi ərazisində qeydə alınıb.İ...