Gecə klubunda kütləvi dava: 3 nəfər bıçaqlandı

Gecə klubunda kütləvi dava: 3 nəfər bıçaqlandı
Hadisə 1825
Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.BAKU.WS xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib. "X-Club" adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri - 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar. Onlardan M.Orxanın vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda gecə klubunda kütləvi dava - qızlar bıçaqlandı

Bakıda gecə klubunda kütləvi dava - qızlar bıçaqlandı

Gecə saatlarında paytaxtda gənclər arasında kütləvi dava olub. APA -nın məlumatına görə, Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki gecə klublarından bi...

6459 Hadisə 09:07 15 yanvar 2018

Son xəbərlər