Toyda kütləvi dava - qız tərəfi bəyin qardaşlarını və əmisini döydü (VİDEO)
18
sen
2017
09:06
Salyanda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, axşam saatlarında Salyan rayonunun Kürsəngi kəndində toyda kütləvi dava baş verib. Bəyin qardaşları - 24 yaşlı İmanov Asif Ziyad oğlu, 32 yaşlı İmanov Rəşad Ziyad oğlu və əmisi 47 yaşlı İmanov Akif Zaman oğlu qız evinin adamları tərəfindən döyülüb. Xəsarət alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib. A. İmanov ambulator müalicəyə buraxılıb, bəyin qardaşları isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırılma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Toyda kütləvi dava: Yaralananlar var
Neftçalada toyda kütləvi dava olub.BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndindəki şadlıq sarayında qeydə alınıb.Belə ki, toyda baş...