Azərbaycanda zəncirvari qəza:"Mercedes", "Jiquli" və "Niva" toqquşdu
Salyanda ağır yol qəzası baş verib.
"Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 50-ci km-də, Çuxanlı kəndi ərazisində qeydə alınıb.
Qəza "Mercedes", "Jiquli" və "Niva" markalı maşınların toqquşması nəticəsində baş verib. Nəticədə "Niva"nın sürücüsü, 40 yaşlı Salyan şəhər sakini Seyfəddin Aləttin oğlu Zeynalov, 61 yaşlı Şirvan şəhər sakini Əliabbas Lazım oğlu Məmmədov, Salyan şəhər sakinləri - 49 yaşlı Əfqan Murad oğlu Səfərov, 57 yaşlı Şəmsi Əlsahib oğlu Dadaşov müxtəlif dərəcəli bədən xasarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan üçü Travmatologiya şöbəsinə yerləşdirilib, "Niva"nın sürücü isə ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
“Azərsu”nun avtomobili qəza törədib: Ölənlər və yaralananlar var
İsmayıllı rayonunda ağır yol qəzası baş verib. BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 170-ci kilometrliyində, r...