Azərbaycanda toy karvanında qəza: ölən və yaralananlar var (FOTO)

Azərbaycanda toy karvanında qəza: ölən və yaralananlar var (FOTO)
Hadisə 2728

 

Tərtərdə toy karvanında qəza baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə gərə hadisə Tərtərin "Dörd yol” adlanan ərazisində baş verib.

Maşın karvanında hərəkət edən 99BK 744 dövlət nömrə nişanlı "Mercedes” markalı maşın qarşıdan gələn 90 AN 513 nömrə nişanlı  "Niva” markalı avtomobillə toqquşub. "Niva” markalı avtomobil Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Dövlət Ekspertiza İdarəsinə, "Mercedes” markalı avtomobil Rüstəmov Şəhriyar Valeh oğluna məxsusdur. Toqquşma nəticəsində "Mercedes”  markalı maşın yol kənarında ki yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.

Ağdam MRX-dan APA-ya verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G. Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.

Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda polis qəzaya düşdü, maşını yandı

Azərbaycanda polis qəzaya düşdü, maşını yandı

Azərbaycanda polisin idarə etdiyi avtomobil qəzaya düşərək yanıb. "Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayonu ərazisində baş verib. Gəncə...

1419 Hadisə 16:50 13 iyun 2016

Son xəbərlər