Yol polisinin evakuatoru maşını əzib qaçdı (VİDEO)

Yol polisinin evakuatoru maşını əzib qaçdı (VİDEO)
Video
Hadisə 1873

 

Bakıda yol polisinin evakuatoru qəza törədib.

Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, qəza Füzuli küçəsi, 49 ünvanında baş verib. «Mercedes» markalı, 10 KH 318 dövlət nömrə nişanlı avtomobil yolun sağı ilə hərəkət edərkən 99 JF 111 dövlət nömrə nişanlı evakuator soldan ötmə əməliyyatı edib. Bu zaman hər iki avtomobil sağa döndüyü üçün avakuator «Mercedes»i vurub.

Qəzadan sonra evakuator hadisə yerindən uzaqlaşıb. Evakuatorda olan polis əməkdaşı isə zərər çəkən sürücüyə «bufer əzilib, dəyişərsən» deyib və hadisə yerini tərk edib. Həmin görüntüləri təqdim edirik.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda ödənişli dayanacaqdakı maşını evakuator apardı (VİDEO)

Bakıda ödənişli dayanacaqdakı maşını evakuator apardı (VİDEO)

Dayanacağı da dövlət yaradıb, dayanacaqdakı maşını da aparanlar dövlət işçiləridir Bu gün səhər saatlarında «Əhmədli» metrostansiyasının yaxınlığındakı ödənişli...

2091 Hadisə 16:07 10 mart 2016

Son xəbərlər