Azərbaycanlı hərbçi ad günündə qəzada öldü

Azərbaycanlı hərbçi ad günündə qəzada öldü
Hadisə 2568
 

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Yardımlı rayon sakini 1978-ci il təvəllüdlü Rəfayel İsmi oğlu Tərlanov idarə etdiyi "Mercedes” markalı avomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşını aşırıb. Qəza nəticəsində sürücü R. Tərlanov ağır bədən xəsarətləri alıb və Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirdilər ki, onun vəziyyəti orta ağırdır.

Avtomobildə olan sərnişin Qobustan rayon sakini 1992-ci il təvəllüdlü Mirdamət Rahib oğlu Qocayev isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, dünyasını dəyişən 24 yaşlı gənc hərbçi olub və həmin gün onun doğum günü imiş.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bir müddət əvvəl də Bərdədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rayonun Divanlı kəndi ərazisindən keçən hissəsində yüksək sürətlə Bərdə istiqamətində hərəkət edən "NAZ-Lifan” markalı avtomobil dəmir arakəsməyə çırpılıb.

Zərbə nəticəsində avtomobildə olan 5 nəfərdən 4-ü yaralanıb. Hadisə şahidlərinin köməyi ilə Bərdə MRX-yə çatdırılan yaralılardan 83 yaşlı Humay Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər