Beyləqanda 67 yaşlı kişini öldürdülər

Beyləqanda 67 yaşlı kişini öldürdülər
Hadisə 833

Ötən gün axşam saatlarında Beyləqan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, yol qəzası dünən saat 20:15-də qeydə alınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ərazidə araşdırma aparılıb və meyit müayinə olunub.Aparılmış ilkin istintaq zamanı müəyyən olub ki, Beyləqan şəhəri, F.Kərimzadə küçəsi, ev 27-də yaşayan Şirvan Fazil oğlu Təhməzov özünə məxsus “Pajero İO” markalı, 99 DC 695 dövlət nişanlı avtomobilləBeyləqan şəhəri, Magistral küçəsində hərəkətdə olarkən 1952-ci ildə İmişli rayonu, Əliqullar kəndində anadan olan və Beyləqan şəhərində yaşayan Tofiq Şeyda oğlu Nağıyevi vurub. Piyada ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, piayda xəstəxanada ölüb.Hazırda faktla bağlı Beyləqan rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

67 yaşlı kişini öldürən şəxs tutuldu

67 yaşlı kişini öldürən şəxs tutuldu

Gəncədə piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, ötən gün saat 21:55-də Seymur Aslan oğlu Aslanov idarə etdiyi “Mercedes C240”...

459 Hadisə 10:14 12 mart 2019

Son xəbərlər