Rusiya vətəndaşı İmişlidə camışı vurdu, bacısı öldü
17
iyl
2018
10:26
İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz yolunun İmişli rayonunun Xəlfəli kəndi ərazisindən keçən hissəsində baş verib.Rusiya vətəndaşı, Samara vilayətində yaşayan 1965-ci il təvəllüdlü Hacıyev Əfqan Barat oğlu idarə etdiyi "Priora" markalı "T-668-K-163" RF dövlət nömrə nişanlı avtomobillə Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən qarşısına çıxan camışı vurub.Qəza nəticəsində avtomobildə olan sərnişin, Beyləqan rayon Aşıqlı kənd sakini, 1962-ci il təvəllüdlü Hacıyeva Sevil Barat qızı aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Təhqiqat və İstintaq İdarəsində araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
"NİVA" motosikletçini vurdu – VİDEO
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 20:00 radələrində Göyçay-Ucar yolunun 2...